Merz: Ukraynanın təslim olması Putinə növbəti müharibəyə hazırlaşmaq üçün vaxt verəcək

Merz: Ukraynanın təslim olması Putinə növbəti müharibəyə hazırlaşmaq üçün vaxt verəcək
DÜNYA
03:26 28.08.2025
401
Almaniya kansleri Fridrix Merz bildirib ki, Almaniya Ukrayna və Rusiya arasında istənilən şərtlər daxilində sülhün əldə olunmasını istəmir.

Məlumata görə, Ukraynanın kapitulyasiyası Moskvaya növbəti müharibəyə hazırlaşmaq üçün vaxt verəcək. O bildirib ki, müharibə dayandırılmalıdır. Lakin bu kapitulyasiya yolu ilə olmamalıdır.

"Biz Ukraynanın təslim olmasını istəmirik. Belə bir təslim olmaq Rusiya üçün yalnız vaxt qazanacaq və Putin bu vaxtdan növbəti müharibəyə hazırlaşmaq üçün istifadə edəcək", - Merz deyib.
 
/APA
OXŞAR XƏBƏRLƏR