Məscid partladı: 23 nəfər öldü

Məscid partladı: 23 nəfər öldü
DÜNYA
13:31 02.02.2013
1348
Pakistanın Xeybər vilayətində terrorçu-kamikadze şiə məscidi qarşısında partlayış törədərək 23 nəfərin həyatına son qoyub. Yerli polisin verdiyi məlumata əsasən, 50-dən çox yaralı var. İnsident cümə xütbəsindən sonra baş verib.Namazdan sonra insanlar dağılışarkən izdiham böyük olduğundan, partlayışda itkilərin sayı yüksək olub. Terrorçunun məscidin bazar tərəfə açılan qapısı qarşısında partlayıcını işə saldığı bildirilir.
OXŞAR XƏBƏRLƏR