47 yaşlı kişi əqli cəhətdən geriliyi olan 18 yaşlı Ş.Ş.-ya məscidin ayaqyolunda təcavüz edib.
AZXEBER.COM-un “teleqraf.com”a istinadən verdiyi xəbərə görə, dəhşətli hadisə Türkiyənin Kayseri şəhərində baş verib. "Ahi Evran" məscidinin ətrafından keçən polis bir kişinin gənc bir qadını məscidin ayaqyoluna apardığını görüb. Polis 47 yaşlı Zafer Dəmirəli xəstə qıza təcavüz edərkən yaxalayıb. Həbs edilən Dəmirəl ittihamları qəbul etməyib: "Mən üç uşaq atasıyam. Belə bir əməli necə törədə bilərəm. Mən sadəcə qıza kömək etmək istəyirdim".
Hadisə şahidlərinin ifadəsi əsasında 47 yaşlı Zafer Dəmirəlin əməli sübuta yetirilib. Məhkəmə Dəmirəli cinsi istismarda təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib.