Dağıstanın Buynaysk rayonunun Karamaxi kəndində maskalı bir neçə silahlı kəd məscidinə soxulub. Onlar məscidin imamı Məhəmmədkamil Şəzətovu və dindarlardan birini güllələyiblər.Dağıstan DİN-dən bildirilib ki, hadisə yerli vaxtla ötən gün saat 23.30-da (Bakı vaxtı ilə bu gün 00.30) baş verib. Adamları güllələyən silahlılar məscidi yandırıblar və həyətdəki maşını da özləri ilə götürərək hadisə yerindən qaçıblar.