Kanada Prins Eduard əyalətinin paytaxtı Şarlottaun şəhərindəki müsəlman məbədi naməlum şəxslər tərəfindən təhqir olunub. Məlumata görə, şəhərdəki “Darussalam” adlı məscidin qapısına ağaca keçirilmiş donuz başı və bir bidon benzin qoyulub.Məbədin keçən ay istifadəyə verildiyini deyən müsəlman icmasının nümayəndəsi Zain Essegheir hələ məscidin tikintisi mərhələsində də dəfələrlə bu kimi hədələrə məruz qaldıqlarını, hüquq mühafizə orqanlarına şikayət etdiklərini bildirib.“Bu dəfəki təhdid daha ciddi görünür. Bidonda benzin, məscidin yandırıla biləcəyi mesajını verir. Tikinti vaxtı da inşaat rəhbərinin yük maşını yandırılmışdı. Amma heç nə sübuta yetirilməmişdi” – deyə Essegheir vurğulayıb.Zain Essegheir keçən həftə də sübh namazından çıxarkən məscidin qapısında “Cihadın məğlubiyyəti” yazılmış plakat tapdıqlarını qeyd edib.