‘Meşə çaqqalsız olmaz’ - Rövnəq Abdullayev

İDMAN
10:58 29.05.2013
1681

“Çox gözəl oyun oldu. Bərabər mübarizə getdi. Şəxsən mənim xoşuma gəldi.” SalamNews xəbər verir ki, bunu Azərbaycan Kubokunda “Neftçi” və “Xəzər-Lənkəran” komandaları arasındakı final oyunu barədə jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, 11 metrlik zərbələrlə qələbə bəxtdən asılıdır. R.Abdullayev “Xəzər-Lənkəran”ın oyunundan yaxşı mənada təəccübləndiyini etiraf edib. AFFA prezidenti Azərbaycanı 2013-2014-cü il mövsümündə Avropa kuboklarında təmsil edəcək klublarımızın yüksək səviyyəli oyun sərgiləyəcəklərinə inam ifadə edib: “Bizim üçün ən əsası, qitə arenalarında yaxşı oynamaqdır. İnanıram ki, klublarımız bizi sevindirəcəklər.” O, oyundan sonra baş verənlərə isə belə münasibət bildirib: “Meşə çaqqalsız olmaz”.

OXŞAR XƏBƏRLƏR