Meşədə itkin düşən şəhid atasının asxtarışı davam etdirilir

Meşədə itkin düşən şəhid atasının asxtarışı davam etdirilir
SOSİAL
14:22 05.05.2025
244
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Daşkəsən rayonunun Bayan kəndində bir nəfərin meşəlik ərazidə itkin düşməsi barədə ilkin məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Hazırda vətəndaş - 1952-ci il təvəllüdlü Kamil Mahmud oğlu Abdullayevin itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR