‘Məsələ sadəcə kimyəvi silah məsələsi deyil’

DÜNYA
15:13 11.09.2013
1044

Türkiyə prezidenti ABŞ-ın Suriya mövqeyinə münasibət bildirib

Türkiyə prezidenti Abdullah Gül ABŞ-ın kimyəvi silahlarla bağlı Suriya mövqeyinə münasibət bildirib. "Suriyanın kimyəvi silahlardan tamamilə təmizlənməsi mühüm irəliləyiş ola bilər, amma bunun bir taktika olmaması lazımdır. Məsələ sadəcə kimyəvi silah məsələsi deyil, ABŞ da sadəcə bu nöqteyi-nəzərdən baxmamalıdır. Ortada 100 min insanın öldüyü böyük bir vətəndaş müharibəsinin şiddətlə davam etdiyi şəhərlərin, insanların məhv edildiyi bir ölkə var. Ona görə də siyasi həll yolu strategiyasının olması mütləqdir", - deyə Abdullah Gül bildirib.

OXŞAR XƏBƏRLƏR