Məşhur aktrisa Yasemin Özilhan və 14 illik iş adamı həyat yoldaşı İzzet Özilhan boşanma xəbərləri ilə gündəmə gəlib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, TV8-də yayımlanan "Gel Konuşalım" verilişinin aparıcısı Ece Erken cütlüyə yaxın mənbələrdən aldığı məlumata əsasən cütlüyün boşanma ərəfəsində olduğunu iddia edib.
Ayrılığa səbəb kimi xəyanət iddiaları səsləndirilib.
Erken Özilhanlarla əlaqə saxlaya bilmədiyini, lakin bu məlumatı etibarlı mənbələrdən aldığını bildirib.
Xatırladaq ki, cütlük daha əvvəl də oxşar xəbərlərlə gündəm olmuşdu. İzzet Özilhanın sosial media hesabını bağlaması və Yasemin Özilhanın ərinin bəzi fotolarını silməsi boşanma dedi-qodularını artırıb.
Ancaq cütlük hələlik ayrılıq xəbərlərinə münasibət bildirməyib.
Aysel