İki il əvvəl həyata keçirilən əməliyyat nəticəsində evində narkotik tapılan və zərərli maddələri saxlamaq cinayətində ittiham edilən aktrisa Selen Seyven Katırcıoğlunun cəzası bəlli olub.
Aktrisaya 10 ay həbs cəzası verilib. Selenin günahını boynuna aldığını bildirən məhkəmə hökmün açıqlanmasını təxirə salıb. Selen Seyven bir il ərzində polis idarəsinin həyətində ağac əkmək, divar boyamaq kimi inzibati işlərə də cəlb olunacaq.
Qeyd edək ki, Selen “Genco”, “Avropa Avropa”, “Doludizgin yıllar” seriallarından tanınır.//axsam.az