"Tutsi" filmi ilə tanınan "Dostlar" serialında Phoebe ' nin anasını canlandıran aktrisa Teri Garr 79 yaşında vəfat edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə meneceri məlumat yayıb.
Teri Garr 1982-ci ildə Tutsi filminə görə ən yaxşı köməkçi aktrisa nominasiyasında Oskar mükafatına namizəd görülüb.
Garrın illərdir MS (Multipl skleroz) ilə mübarizə apardığını bildirən meneceri Heidi Schaeffer öz açıqlamasında deyib:
"İllərdi bu xəstəliklə savaşırdı. Təəssüf ki, mübarizəsini itirdi".
Qeyd edək ki, komediya aktrisası kimi tanınan Garr həmçinin müğənni idi.
Oksana