Məşhur aktrisa qəzaya düşdü

Məşhur aktrisa qəzaya düşdü
MAQAZİN
11:03 20.10.2023
302
 
Məşhur aktrisa Esra Akkaya və oğlu Can Alex avtomobil qəzası keçirib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Muğlanın Bodrum bölgəsində baş verib.

Belə ki, aktrisanın avtomobili başqa bir nəqliyyat vasitəsilə toqquşub və ağır qəza qeydə alınıb.
 
Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə maddi ziyan dəyib.

Aktrisa qəzayla bağlı açıqlamasında deyib:
 
"Allah qorusun. Oğlum maşındadır, ona görə çox qorxdum. Çox qorxdu, amma bizə heç nə olmadı. Mən əsas yolda gedirdim, ikinci dərəcəli yolda birdən maşın peyda oldu. Allah hamımızı, xüsusən də övladlarımızı qorusun. Uşaq hələ də qorxudan titrəyir".
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR