Aktrisa Sidni Svini əfsanəvi boksçu Kristi Martini canlandıracağı yeni filmi üçün tamamilə dəyişib və tanınmaz hala düşüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Hollivudun ən önəmli adlarından biri olan Sidney Svini əfsanəvi boksçu Kristi Martini canlandıracaq.
Son görünüşünü İnstaqramda 22,5 milyon izləyicisi ilə paylaşan aktrisa jurnalistlərin qurbanı olmamışdan əvvəl yeni görünüşünü paylaşmaq istədiyini bildirib.
27 yaşlı aktrisa:
"Mən son bir neçə aydır ki, həm rinqdə, həm də rinqdən kənarda döyüşən əsl çempion olan inanılmaz qadının hekayəsini canlandırmaq üçün məşq edirəm"-, deyə bildirib.
Qeyd edək ki, aktrisa hər gün 7 saat güləş və kikboksinq dərsi alır.
Oksana
