Məşhur aktrisadan şok etiraf: "Narkotik qaçaqmalçısı olmuşam"

Məşhur aktrisadan şok etiraf: "Narkotik qaçaqmalçısı olmuşam"
DÜNYA
12:07 13.07.2022
512
Aktrisa Cameron Diaz etirafı ilə gündəm olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 8 il aktrisalıq karyerasına fasilə verən dünya şöhrətli aktrisa Cameron Diaz çəkiliş meydançalarına qayıtmağa hazırlaşır. Şöhrət pillələrini qalxmazdan əvvəl müxtəlif işlərdə çalışdığını deyən 49 yaşlı aktrisa olduqca qalmaqallı etiraflar edib.

Amerikalı aktrisa Cameron Diaz aktrisalıq karyerasına başlamazdan əvvəl narkotik qaçaqmalçısı olduğunu etiraf edib. 

Gənc yaşlarında modellik etdiyini və birtəhər sağ qalmağa çalışdığını bildirən 49 yaşlı aktrisa Mərakeşə narkotik apardığını bildirib:

"Bir il orada qaldım və bir gün belə işləyə bilmədim. Canımı qurtaracaq iş belə tapa bilmədim. Sonra iş tapdım, amma təəssüf ki, Mərakeşə narkotik daşıyan qaçaqmalçı oldum”.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR