Məşhur aktrisanın boşanma səbəbi məlum oldu - FOTO

Məşhur aktrisanın boşanma səbəbi məlum oldu - FOTO
MAQAZİN
01:31 25.11.2022
861

Merve Boluğur və Mert Aydının boşanma səbəbi məlum olub.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, oktyabrın 2-də evlənən Merve Boluğur və Mert Aydın bu yaxınlarda boşanıb. 53 günlük evliliyin niyə bitdiyi məlum olub. 

İddialara görə, Merve Boluğurun "Məni heç kim idarə edə bilməz" sözləri cütlük arasında anlaşılmazlıq yaradıb.

Aktrisa Merve Boluğur ilə musiqiçi Mert Aydının evliliyi cəmi 53 gün davam edib. İkili razılaşaraq yollarını ayırıb. Beykoz Ədliyyəsində keçirilən iclas 5 dəqiqəyə yekunlaşıb.

Məhkəməyə atası ilə gələn Merve Boluğur məhkəmə binasından çıxarkən jurnalistlərin suallarını "atam yanımda var, xahiş edirəm sual verməyin, narahatdır",- deyərək cavabsız qoyub.

Ayşən

 


OXŞAR XƏBƏRLƏR