Türkiyəli aktrisa Meral Kaplanın evindəki saunada partlayış olub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Belə ki, elektrik naqilində yaranan problem yanğının baş verməsinə səbəb olub.
Yanğın səbəbindən Meral Kaplanın anası ölüm təhlükəsi ilə üzləşib.
Türkiyə mediasının məlumatına görə, Meral Kaplanın anası Ümit Kaplan səhər qızının evinə gəlib. Daha sonra saunadan istifadə etmək istəyib. O, içəri girmək istəyərkən böyük partlayış baş verib.
Gülay