Məşhur aktrisanın içkisinə narkotik maddə atdılar, xəstəxanalıq oldu

Məşhur aktrisanın içkisinə narkotik maddə atdılar, xəstəxanalıq oldu
MAQAZİN
14:27 25.11.2025
134
2000-ci illərin əvvəllərində populyarlıq zirvəsinə çatan aktrisa Tara Reid ona qarşı qaralama kompaniyası başladıldığını iddia edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, aktrisa getdiyi barda içkisinə narkotik vasitə qoyulduğunu bildirib.
 
Hadisə Çikaqo yaxınlığındakı bir otelin barında baş verib.
 
Nəticədə huşunu itirən aktrisa yaxınlıqdakı xəstəxanaya aparılıb.
 
O verdiyi açıqlamada bildirib ki, gecələmək üçün oteldə qeydiyyatdan keçib, otağına getdikdən sonra bara enərək içki sifariş edib. Sonra çölə çıxıb yeni tanış olduğu bir YouTuber ilə söhbət edib, qayıdanda içkisinin salfetlə örtüldüyünü gördüyünü deyib.

Bir az içki içdiyini, səhər isə xəstəxanada oyandığını deyən aktrisa polisə müraciət etməkdən boyun qaçırıb.

Aysel
OXŞAR XƏBƏRLƏR