Məşhur aktrisa Ahu Yağtu huşunu itirərək yıxılıb və təcili xəstəxanaya yerləşdirilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bütün müayinələrdən sonra ona beyin anevrizması ( qan damarlarının divarlarının zəifliyindən qaynaqlanaraq damarlarda və damarların cəmləşdiyi yerlərdə şişlər) diaqnozu qoyulub.
Hazırda onun səhhətinin yaxşı olduğu və müalicəsinin başladığı yayılan xəbərlər arasındadır.
Xatırladaq ki, Ahu Yağtu məşhur komediya ustası Cem Yılmazla ailəli olub. Onların bir oğlu var.