Məşhur aktyor aksiyaları göstərmədiyinə görə mediadan üz döndərdi
DÜNYA
02:30 12.06.2013
1474
"Gezi aksiyası"na görə mətbuatı hədəfə alan Türkiyənin tanınmış aktyoru Fırat Tanış radikal addım atıb. AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Gezi aksiyası”nın ilk günündən bu proseslərdə fəal iştirak edən F.Tanış medianın hadisələri obyektiv işıqlandırmamasından narazı qalıb.Məlumata görə, mətbuatın bu münasibətindən əsəbiləşən aktyor yaradıcılığının bəzi istiqamətlərini “dondurub”.