"Netflix" platformasında yayımlanan "Fauda" serialında baş rol oyunçusu Lior Raz İsraildə raket hücumuna məruz qalıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, kömək etmək üçün əraziyə gedən aktyor divarın küncündə gizlənərək hücumdan xilas olub və həmin anlar kameralara düşüb.
Lior bölgədəki yerli ailələrə kömək etmək və onları xilas etmək üçün könüllü olub.
Dünya şöhrətli aktyor həmin anları İnstaqram hesabında yerləşdirərək "Yüzlərlə könüllüyə kömək üçün müxtəlif tapşırıqlar verildi. Bizi bombardman altında qalan bulvardan iki ailəni xilas etmək üçün göndərdilər. Əsas odur ki, qorxmuram" - deyə paylaşımda yazıb.
Aktyorun çətin anlarının fotolarını təqdim edirik:
Mikayıl