Məşhur aktyor: “Sağ qulağımın böyüklüyü müəllimlərimin əməyidir” - FOTO

Məşhur aktyor: “Sağ qulağımın böyüklüyü müəllimlərimin əməyidir” - FOTO
MAQAZİN
11:36 24.01.2023
315

Aktyor Peker Açıkalın sosial media hesabında məktəb illərində çəkilmiş fotosunu paylaşıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 1986-cı ildə "Bir daha umut" filmi ilə 23 yaşında aktyorluğa başlayan Peker Açıkalın instaqram hesabında məktəb illərinin fotosunu yerləşdirib.

Açıkalın paylaşdığı fotonu "Sağ qulağımın böyük olmasının səbəbi bütün əziz müəllimlərimin əməyidir. Xüsusilə ilk 5 ildə sağ qulağımı çox çəkdilər. Qulağım hələ də çox böyükdür! Mən ciddiyəm. Ona görə də saçlarım həmişə uzun olur. (Bu özəl şeyi paylaşmaq istədim. Sağ qulağım böyükdür) Mənim günahım həmişə dərslərdə fitnə-fəsad törətmək, zarafat etmək, dostlarımı güldürmək olub. Məlum oldu ki, mən öz peşəmi məşq edirdim”, qeydi ilə paylaşıb.

Həmin fotonu təqdim edirik:

Ayşən

 

 

OXŞAR XƏBƏRLƏR