Məşhur aktyor motosiklet qəzasında öldü

Məşhur aktyor motosiklet qəzasında öldü
DÜNYA
11:19 13.06.2023
222
Uzun illər Hollivudda bir çox irili-xırdalı filmlərdə rol alan Treat Williams yol qəzasında dünyasını dəyişib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hair və Everwood kimi filmlərlə tanınan amerikalı aktyor Treat Williams lüks ferması yaxınlığında baş verən yol qəzası nəticəsində dünyasını dəyişib.

Məşhur aktyorun qəzadan cəmi 7 saat əvvəl fermasından bu kadrı İnstaqramda paylaşdığı görülüb.

ABŞ-ın Vermont ştatında ferması yaxınlığında motosikleti idarə edən Uilyams dayanacağa daxil olmaq istəyən avtomobillə toqquşub.
 
Qəza zamanı dəbilqə taxdığı bildirilən Uilyamsın motosikletindən uçduğu da bildirilib. Williams-ı vuran avtomobilin sahibi Ryan Kossun qəzadan yüngül xəsarətlərlə xilas olduğu açıqlanarkən, hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR