Türkiyəli aktyor Şükrü Özyıldız oğrunu saxlayıb.
AZXEBER.COM "axşam.az"a istinadən xəbər verir ki, aktyor Qalata bölgəsində avtomobilində olduğu zaman küçədəki turistin cibindəm telefon oğurlandığını görüb. O, bu zaman maşınından enərək, oğrununun dalınca qaçıb və onu saxlayıb.
Turistin əşyalarını geri verən Özyıldız polislər gələnə kimi oğrunun yanında gözləyib.
Qeyd edək ki, aktyor "Ruhun duymaz" serialında kəşfiyyatçı obrazına həyat verib.