Məşhur aktyor prezidentə müraciət etdi

MAQAZİN
15:15 03.08.2012
2136
Hollivud aktyoru, tamaşaçılara "Əkizlər", "Betmen qayıdır" filmlərindən yaxşı tanış olan Denni De Vito Rusiya prezidenti Vladimir Putini "Pussy Riot" pank-qrupunun üzvlərini azad etməyə çağırıb. "Cənab Putin, "Pussy Riot"i azad edin" - aktyor öz "Tvitter" səhifəsində belə yazıb. De Vito öz ismarışına "Pussy Riot" qrupunun Xilaskar İsa kilsəsində qalmaqallı aksiyasının kadrlarını da əlavə edib.Bundan bir gün əvvəl isə Rusiya prezidenti Londonda səfərdə olarkən "Pussy Riot" üzvlərinin hərəkətində yaxşı heç nə görmədiyini deyib, lakin onların o qədər də sərt mühakimə edilməməsinə çağırıb.

OXŞAR XƏBƏRLƏR