"Vaxtsız ölmək niyyətim yoxdur"
Türkiyənin tanınmış aktyoru Nejat İşlerin qaraciyərinin sıradan çıxdığı və aktyorun müalicə olunmaqdan imtina etdiyi haqda xəbərlər yayılıb. İşlerin rol aldığı “Behzat Ç. Ankara Yanıyor” filminin təqdimat mərasimində iştirak etməməsi bu iddiaları daha da gücləndirmişdi. Aktyor yayılan xəbərlərin əsassız olduğunu bildirib: "Qaraciyərim iflas etməyib. Sadəcə yorğun və halsızam. Sədəf xəstəliyim artıb. Müalicəm İstanbulda davam edir. Tez-tez həkim müayinəsindən keçirəm, dərmanlarımı qəbul edirəm. Müalicəni rədd etmək, vaxtsız ölmək niyyətim yoxdur".
(anspress)