Mart ayında beyninə qan sızan Kadir İnanır həkimi icazə verdikdən sonra evə qayıdıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bir həftə evdə qalacaq "Yeşilçam"ın ustasının yenidən xəstəxanaya qayıdıb-qayıtmayacağı analizlərdən sonra bəlli olacaq.
Qeyd edək ki, martın 24-də beynindəki laxtalanma səbəbindən insult keçirdiyi üçün əməliyyat olunduqdan sonra ehtiyat məqsədilə intubasiya edilib.
Kadir İnanır keçən avqust ayında ağciyərində yaranan infeksiyaya görə yenidən müalicə almağa başlayıb.
Gülay