Çanaqqalada ev alan türkiyəli məşhurlar sırasına aktyor Cem Yılmaz və Ceyda Düvenci də qoşulub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun izdihamından uzaqlaşan Cem Yılmaz və Ceyda Düvenci Çanaqqalanın füsunkar atmosferində sadə və dinc həyat yaşamağa üstünlük veriblər.
Cem Yılmaz Ayvacık Ahmetçe kəndində, Ceyda Düvenci isə Paşaköydə ev alıb.
Türkiyədə baş verən şiddətli zəlzələnin ardından Cem Yılmaz bir müddət Çanaqqalada yaşamaq qərarına gəlib.
Aysel