Məşhur aktyora nazir vəzifəsi təklif edildi

DÜNYA
11:53 07.01.2013
1930
Mordoviyanın başçısı bildirib ki, şənbə günü Rusiya vəğtəndaşlığı almış fransız aktyoru Jerar Depardye respublikada hazırda boş olan mədəniyyət naziri vəzifəsini tuta bilər.AZXEBER.COM "RİA" Novosti-yə istinadən bildirir ki, bu barədə bazar günü Mordoviya hökumətinin təmsilçisi bildirib."Əgər cənab Depardyenin belə bir arzusu varsa, ona bu vəzifə təklif edilə bilər", - deyə agentliyin müsahibi Mordoviya başçısı Vladimir Volkovun sözlərini söyləyib.Depardye Volkova təklifinə görə təşəkkür edib. Həmçinin o deyib ki, bu qərarı yalnız Mordoviyanın zəngin məişəti və mədəniyyəti ilə tanış olduqdan sonra qəbul edə bilər.

OXŞAR XƏBƏRLƏR