Məşhur aktyorun son görüntüsü yayıldı - FOTO

Məşhur aktyorun son görüntüsü yayıldı - FOTO
MAQAZİN
13:35 13.05.2026
339
"Üvey Baba” serialında canlandırdığı "Gaddar Halil” obrazı ilə yadda qalan 87 yaşlı türkiyəli aktyor Şemsi İnkayanın yeni fotosu sosial mediada böyük maraq doğurub.
 
AZXEBER.COM xəbər verir ki, uzun illər Türk televiziya və kino dünyasında müxtəlif rolları ilə tanınan sənətkarın yaşlanmış halı izləyiciləri həm kövrəldib, həm də nostalji hisslər yaşadıb.

Bir dövrün ən məşhur seriallarından sayılan "Üvey Baba" ekran işində sərt və qorxulu "Halil” obrazına həyat verən İnkaya, aktyorluq performansı ilə tamaşaçıların yaddaşında silinməz iz buraxmışdı.
 
Xüsusilə mənfi xarakterləri uğurla canlandırması onu Türk televiziya tarixinin unudulmaz simalarından birinə çevirib.

Qeyd edək ki, Şemsi İnkaya uzun illər teatr, kino və serial sahəsində fəaliyyət göstərərək Türk sənət dünyasına mühüm töhfələr verib. Yaşının irəliləməsinə baxmayaraq, sənətsevərlər onu hələ də maraq və sevgi ilə izləməyə davam edirlər.
 
 
Aysel
 

 

 


OXŞAR XƏBƏRLƏR