Məşhur amerikalı qadın aparıcı vəfat etdi

Məşhur amerikalı qadın aparıcı vəfat etdi
SOSİAL
11:12 31.12.2022
201

ABŞ televiziyasının tanınmış teleaparıcı və jurnalisti Barbara Volters vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "ABC News” məlumat yayıb.

Bildirilir ki, Volters ABŞ-nin Nyu-York ştatında 93 yaşında dünyasını dəyişib.

O, karyerası ərzində Riçard Nikson və Barak Obama da daxil olmaqla 8 ABŞ prezidentindən müsahibə alıb.

Həmçinin aparıcı Rusiya prezidenti Vladimir Putindən müsahibə alan ilk amerikalı jurnalist olub.

Volters 10 il aparıcılıq etdiyi NBC-nin "Today” səhər xəbərləri ilə məşhurlaşıb və sonra 25 il ABC-nin "20/20” xəbər buraxılışına aparıcılıq edib. Karyerasının sonrakı illərində o, fəaliyyətinə görə "Emmi”nin televiziya üzrə mükafatını layiq görüldüyü "The View”da aparıcı olub.

2014-cü ildə o, peşəkar karyerasını başa vurduğunu elan etsə də, 2015-ci ilin noyabrında ABC-nin "20/20” proqramında Respublikaçıların prezidentliyə namizədi Donald Tramp və onun ailəsindən müsahibə götürüb.

OXŞAR XƏBƏRLƏR