Məşhur ata lüt soyunan qızı ilə fəxr edir – FOTOLAR

MAQAZİN
11:47 14.09.2012
8116

O, 1986-cı ildə “For Rosanna” mahnısını bəstələyərək oxuyanda ağlına belə gətirməzdi ki, illər keçəcək, qızı belə bir addım atacaq.

İndi o, məşhur atadır və qızı ilə fəxr edir. Qızı lüt soyunaraq kameralar qarşısına keçsə də.

Dünyanın ən məşhur müğənnilərindən biri Kris de Burqun qızı, 28 yaşlı Rosanna Douson “Playboy” jurnalı üçün fotosessiyaya çəkilib.Təbii ki, sessiya Rosannanın lüt şəkillərindən ibarətdir.

İrlandiyalı gözəlçənin fotoları Mavriki adasında çəkilib.Baş verənlərə Kris de Burqun reaksiyası isə çox maraqlı olub.

“Qızımın belə addım atması, təbii ki, xoşuma gəlməzdi. Qızının lüt soyunub şəkil çəkdirməsini hansı normal ata təqdir edər ki?! Amma qızıma inanıram. Üstəlik, erotika ilə pornoqrafiya arasında böyük fərq var. Qızım mənə dedi ki, qocalanda, dərisi qırışanda nəvələrinə bu fotoları göstərmək, onlara bir zamanlar çox gözəl olduğunu söyləmək istəyir. Məncə, pis fikir deyil. Qızımla fəxr edirəm”, – de Burq deyib.

Rosanna Douson 2003-cü ildə “Miss World” titulunu qazanandan sonra biosəhiyyə və idman dietası fakültəsində təhsil almağa başlayıb.

Rosanna Dousonun fotosessiyası “Playboy Germany” jurnalının oktyabr sayında dərc olunacaq.

OXŞAR XƏBƏRLƏR