Amerikanın biofarmasevtik şirkəti AbbVie estetik təbabətdə istifadə olunan məhsulların Rusiyaya tədarükünü dayandırıb.
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə şirkətin saytında yerləşdirilən məlumatda deyilir.
"Ukraynada faciəvi hadisələr davam etdiyi üçün AbbVie Rusiyadakı bütün estetik dərman məhsullarının fəaliyyətini dayandırıb. Bizim regionda heç bir istehsal müəssisəmiz yoxdur", - AbbVie bildirib.