Məşhur brendin reklam kampaniyası böyük əks-sədaya səbəb oldu - FOTO

Məşhur brendin reklam kampaniyası böyük əks-sədaya səbəb oldu - FOTO
DÜNYA
11:59 11.12.2023
184
İspaniyanın məşhur geyim brendi "Zara"nın yeni reklam kampaniyası sosial mediada ajiotaja səbəb olub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bir çox insan filmin Qəzzada törədilən qırğının görüntülərinə bənzədiyini bildirib.
    
"The Jacket" adlı reklamda model Kristen Makmenami kəfənə bükülmüş maneken olub.
 
Reklam çəkilişi ərəfəsində digər manekenlərin qolları və ayaqları olmadığı görünüb.

Reklam sosial şəbəkələrdə "Qəzzadakı qırğından ilhamlandılar" kimi fikirlərə səbəb olub. 
 
Sözügedən reklam çəkilişindən sonra sosial media platformalarında ""Zara"nı boykot etmək” çağırışları durmadan artıb.

Bəzi istifadəçilər reklamın fonunda kartonun üzərindəki formanın Fələstin xəritəsini xatırlatdığını da iddia ediblər.
 
Bir çox istifadəçi ""Zara" müsəlmanları və İsrailin Qəzzada törətdiyi qətliama lağ edir” şərhini yazıb. 
 
Qeyd edək ki, "Zara" firması reaksiyalarla bağlı açıqlama verməsə də, reklam fotolarını nəşrdən silib.
 
Mikayıl
 

 


OXŞAR XƏBƏRLƏR