Qlobal iqtisadi böhran bir çox şirkətin müflis olmasına səbəb olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, iflas edən şirkətlərdən biri ABŞ-ın aparıcı lüks burger şəbəkələrindən olan "BurgerFi"dir.
"BurgerFi"nin bir çox filialı bağlanmaq təhlükəsi ilə üzləşib. Buna səbəb şirkətin 500 milyon dollara qədər borclarının olması və satışlarının azalmasıdır.
Qeyd edək ki, "BurgerFi" və "Anthony's Coal Fired Pizza"nın daxil olduğu şirkətin ümumilikdə 162 restoranı fəaliyyət göstərir.
Gülay