Məşhur caz qrupunun ifaçısı vəfat etdi

Məşhur caz qrupunun ifaçısı vəfat etdi
DÜNYA
12:47 10.01.2023
262
"The Whispers” jurnalının həmtəsisçisi Qordi Harmon 79 yaşında vəfat edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "The Whispers" qrupunun həmtəsisçisi, eyni zamanda R&B Music Hall of Fame namizədi olan Qordi Harmon 79 yaşında Los-Ancelesdəki evində yuxuda vəfat edib.

Ailəsi "The Whispers" caz qrupunun üzvünün vəfat etdiyini açıqlayıb.

Açıqlamaya görə, Harmon evdə yatarkən təbii səbəblərdən dünyasını dəyişib.

Harmon 1964-cü ildə "The Whispers"ı quran 5 üzvdən biri idi.

Marcus Hutson və Nicholas Caldwell, Wallace və Walter Scott ilə birlikdə qrupun qurucu üzvləri idi. Harmon 9 il qrupun bir hissəsi idi.

Xüsusilə canlı ifaları ilə diqqət çəkən Harmon 3-cü albomdan sonra boğazındakı problemlə vidalaşmalı olub.

Harmonun yer aldığı albomlar "Planets of Life", "Life and Breath" və "The Whispers Love Story" idi.

Harmon getdikdən sonra The Whispers 1979-cu ildə yayımlanan "And The Beat Goes On" mahnısı ilə R&B siyahılarında 1-ci yerə yüksəldi və Billboard chart-a 19-cu yerdə girdi.

Qrupun digər hit sinqllarına "Rock Steady" və "Just Gets Better With Time" daxildir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR