Məşhur dedektiv yazar ilk dəfə Cəzaçəkmə Müəssisəsində - FOTOLAR

Məşhur dedektiv yazar ilk dəfə Cəzaçəkmə Müəssisəsində - FOTOLAR
SOSİAL
16:12 13.08.2024
211
Ədliyyə Nazirliyi Penitensiar Xidmət və "Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin təşkilatçılığı ilə 4 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycanın məşhur dedektiv yazarı Elxan Elatlı ilə görüş keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, 400 məhkum qadın yazıçını böyük coşquyla qarşılayıb.
 
Əsərlərində kriminal həyatı, cinayət və cinayətkarlar, həbsxana və məhkum ömrü qırmızı xətlə cizilmiş olsa da, qəhrəmanlarının əksəriyyətinin taleyinə məhkumluq yazılsa da yazıçı çəzaçəkmə müəssəsinin qapısını açana qədər böyük bir həyəcan keçirdiyini dilə gətirib.
 
Qeyd edək ki, 30-dan çox kitabının motivləri həbsxana və cinəyətkarlar olsa da Elxan Elatlı ilk dəfə idi çəzaçəkmə müəssəsində qadın məhkumlarla görüş keçiririb.

"400 qadın məhkumun qarşısında söz demək yazıçı olsam belə çətindir” deyən Elxan Elatlı söhbəti dialoq şəklində qurub onların suallarını cavablandırıb.
 
Məhkum qadınlar yazıçının məşhur qəhrənalarından olan Qanbay Qasımlı, Gültən Dəmirli, Ələmdar Məlikovun hekayəsini müəllifin özündən eşitmək istədiklərini bildirdilər.
 
Bütün sualları ətraflı cavablandıran yazar görüşün sonunda son illər əldən ələ gəzən kitablarının bir neçəsini imzalı şəkildə məhkumlara hədiyyə edib. 
 




OXŞAR XƏBƏRLƏR