Məşhur döyüşçümüz qələbəsini şəhidlərə həsr etdi - VİDEO

Məşhur döyüşçümüz qələbəsini şəhidlərə həsr etdi - VİDEO
İDMAN
14:39 27.03.2017
1283
Xəbər verdiyimiz kimi peşəkar kikboksçumuz Almaniyanın Bohum şəhərində MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə böyük beynəlxalq Kikboksinq turnirində qalib olub.
 
AZXEBER.COM xəbər verir ki, müxtəlif beynəlxalq turnirlərin qalibi, Dünya Kəmərinin sahibi Xəyal Əhmədov açıqlamasında qələbəsini torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olmuş qəhrəman qardaş və bacılarımızın əziz ruhlarına həsr etdiyini deyib. "Almaniyanın Bohum şəhərində MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə böyük beynəlxalq Kikboksinq turnirində rəqibim üzərində qələbə qazandım. Daim bizə öz dəstəyini göstərən, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevə və federasiyasının rəhbər heyətinə dərin minnətdarlıqlarımı çatdırıram. Kikboksçu olmağımla qürur duyuram. Federasiyamızın daxili və xaricdə uğurları davam edir. Beynəlxalq uğurlarımızla yanaşı, ilk dəfə olaraq kadetlər və yeniyətmələr arasında Azərbaycan birinciliyi böyük coşqu və izdihamlı keçdi. Bundan sonra da uğurlarımız davam edəcək. Bildiyiniz kimi qarşıdan aprel hadisələrinin ildönümü yaxınlaşır. Qələbəmi torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan qəhrəman qardaş və bacılarımızın əziz ruhlarına həsr edirəm. Uğurlarımızın arxasında onların torpaqlarımız uğrunda axan qanları durur”,-deyə idmançı bildirib.
 
Qeyd edək ki, "Qala turnir və böyük oyun” kimi tanınan bu yarışmaya dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli (Mix-Fight) kikboksçular qatılıb. X.Əhmədov Almaniyanın Bohum şəhərinin ən böyük arenasında – "RuhrCongress”də təşkil olunmuş döyüşündə də inamlı təsir bağışlayaraq almaniyalı rəqibi, MMA döyüşçüsü Fabian Wosnitza üzərində təmiz qələbə qazanıb.
 
Xatırladaq ki, ötən il Almaniyanın Vuppertal şəhərində A1WCC versiya üzrə keçirilmiş turnirdə X.Əhmədov erməni rəqibini nakauta salaraq parlaq qələbə qazanmışdı.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
15:38 05.03.2026
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
15:36 05.03.2026
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
15:17 05.03.2026
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
15:04 05.03.2026
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
15:01 05.03.2026
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:00 05.03.2026
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
14:45 05.03.2026
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
14:41 05.03.2026
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi
14:39 05.03.2026
Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
14:30 05.03.2026
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
“İran cavab verməsə, nəticəsi ağır olacaq" - Fazil Mustafa
14:07 05.03.2026
“İran cavab verməsə, nəticəsi ağır olacaq" - Fazil Mustafa
Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
14:03 05.03.2026
Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
Paşinyan: Rusiya hərbi bazası Aİ-yə üzvlük niyyətimizə mane olmur
14:02 05.03.2026
Paşinyan: Rusiya hərbi bazası Aİ-yə üzvlük niyyətimizə mane olmur
Dron hücumunda xəsarət alanların vəziyyəti - Açıqlandı
13:57 05.03.2026
Dron hücumunda xəsarət alanların vəziyyəti - Açıqlandı
Naxçıvan aeroportunun uçuş-eniş zolağına da zərər dəyib - VİDEO
13:50 05.03.2026
Naxçıvan aeroportunun uçuş-eniş zolağına da zərər dəyib - VİDEO
Xatirə və Mənsum İbrahimov barışdı
13:47 05.03.2026
Xatirə və Mənsum İbrahimov barışdı