Məşhur fenomenin hesabı bağlandı

Məşhur fenomenin hesabı bağlandı
MAQAZİN
11:08 07.10.2025
188
Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyinin şikayətindən sonra cinsi azlıq nümayəndəsi sosial media fenomeni Mükremin Gezginin "Instagram" hesabına Türkiyədən giriş qadağan olunub.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirlik onun paylaşımlarının "nalayiq davranış” və "ədəbsizliyin təbliğatı” olduğunu bildirərək məhkəməyə müraciət edib.

Gezginə qarşı "ədəbsiz materialın yayılmasına yardım etmək” ittihamı ilə açıq məhkəmə işi açılıb və onu 3 ilə qədər həbs cəzası gözləyir.

Gezgin müdafiə çıxışında ittihamları rədd edərək, "Fikirləri qəbul edirəm. Özümü qadın kimi hiss edirəm və bunu deyəndə özümü yaxşı hiss edirəm. Videolar xüsusi çəkilməyib, geyindiyim paltarlar gündəlik geyimlərimdir. Bəraət tələb edirəm" deyib.

Məhkəmədən sonra Mükremin Gezgin bəraət alsa da, Gezginin "Instagram" hesabına Türkiyədən giriş bloklanıb.
 
Aysel

 


OXŞAR XƏBƏRLƏR