Ekstremal idmana olan həvəsi ilə tanınan fransız fenomeni Remi Lucidi sosial mediada yayımlanacaq şousu üçün Honq-Konqda bir binaya dırmaşıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu dəfə məqsədinə nail ola bilməyib.
Binanın 68-ci mərtəbəsindən düşən fenomen hadisə yerində keçinib.
Honq Konq rəsmilərinin bildirdiyinə görə, Lucidi binaya axşam saat 6 radələrində gəlib. Binaya girmək üçün fenomen asayiş keşikçisinə 40-cı mərtəbədəki dostuna baş çəkdiyini söyləyib.
Qəzadan sonra bunun həqiqəti əks etdirmədiyi məlum olub. Sözügedən şəxs polisə verdiyi ifadəsində Lusidi tanımadığını bildirib.
Təhlükəsizlik görüntülərinə görə, Lusidi binaya daxil olduqdan sonra 49-cu mərtəbəyə çatdıqdan sonra pilləkənlərlə yenidən binanın yuxarısına qalxdığı görülüb.
Mikayıl