İtaliyalı yarımmüdafiəçi Marko Verratti bu yay Avropaya qayıtmağı nəzərdən keçirir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Bornmut", "Fulhem" və "Vest Hem" 32 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Hazırda "Əl-Ərabi" klubunda çıxış edən Verratti, 2023-cü ildə PSJ-dən ayrılaraq Qətər təmsilçisi ilə ikiillik müqavilə imzalamışdı. İtaliya millisinin sabiq üzvünün yenidən Avropaya qayıtmaq ehtimalını dəyərləndirdiyi və bir neçə Premyer Liqa klubunun onunla maraqlandığı bildirilir.
Zəfər Hacılı