Məşhur futbolçu ilə bağlı məhkəmə mühüm qərar verdi

Məşhur futbolçu ilə bağlı məhkəmə mühüm qərar verdi
İDMAN
15:58 29.06.2022
292
Arda Turanla bağlı məhkəmə qərarını verib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur futbolçu Arda Turanın müğənni Berkay Şahinin həyat yoldaşı Özlem Ada Şahinə sataşdığı iddiası ilə mühakimə olunduğu işdə apellyasiya məhkəməsinin verdiyi bəraət hökmü ləğv edildikdən sonra o, ikinci dəfə bəraət alıb.

Qeyd edək ki, Arda Turanın Emirqanda bir məkanda Berkayın həyat yoldaşı Özlem Şahinə sataşdığı, daha sonra Berkayla dalaşdığı iddia edilib. Daha sonra Arda Turan Berkayın burnunu sındırıb. Daha sonra iş məhkəməyə qədər uzanmışdı.

Arda Turan qatıldığı canlı yayımda Candaş Tolqa Işıkın suallarını cavablandırıb və cinsi təcavüzə görə yenidən mühakimə olunduğu işlə bağlı açıqlamalar verib. 

"Mən cinsi təcavüzə görə cinayət məsuliyyətinə cəlb olunmuşam. Mən heç kimə belə bir şey etməmişəm. Hələ məhkəmə prosesində, bəraət aldım, amma ürəyim hələ də soyumayıb”.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR