AZXEBER/COM-un məlumatına görə, 8 il ərzində “Fənərbağça” forması geyinmiş ulduz oyunçu doğma komandası “Koritiba” ilə rəsmi müqavilə imzalayıb. İmzalanma mərasiminə futbolçu xüsusi vertolyotla gəlib. O, 20 nömrəli forma ilə minlərlə azarkeşin qarşısına çıxıb və “Koritiba”da olmaqdan qürur duyduğunu deyib.Əvvəllər “Qalatasaray”da oynamış və hazırda “Koritiba”da çıxış edən Kassio Linkoln isə geydiyi 10 nömrəli formanı Aleksə verə biləcəyini və bundan şərəf duyacağını bildirib.
![](/file/pic/xeber/2012-10-19/116233.jpg)
![](/file/pic/xeber/2012-10-19/116236.jpg)
![](/file/pic/xeber/2012-10-19/116243.jpg)