Gecə klubunda gənc qadına cinsi təcavüz etdiyi iddiası ilə həbs olunan Dani Alves ilk 10 gününü həbsxanada keçirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, yeni vəkili Kristobal Martelldən onun tezliklə həbsdən çıxarılmasını istəyən braziliyalı futbolçu şərti azadlığa buraxılması üçün məhkəməyə müraciət edəcək.
Müdafiəsində qaçma riskinin olmadığını iddia edəcək Alves pasportunun götürülməsinə, qolbaq taxmasına və imza atmaq üçün hər gün məhkəməyə getməsinə də razı olacaq.
Alveşin etirazı qəbul edilməsə, braziliyalı futbolçu təxminən 1,5 il həbs ediləcək.
Gənc qadının şikayətindən sonra saxlanılan, daha sonra həbs edilən braziliyalı futbolçu ilk ifadəsində qadını tanımadığını bildirib.
Lakin sübutlar üzə çıxandan sonra Alves gənc qadınla vanna otağında görüşdüyünü deyərək ifadəsini dəyişib.
Güclü faktlar qarşısında ifadəsini bir daha dəyişən Dani Alves gənc qadınla birlikdə olduğunu etiraf etsə də, münasibətin razılığa əsaslandığını bildirib.
Alves iddia edib ki, o, qadını qorumaq üçün daha əvvəl bu açıqlamanı verməyib.
Gənc qadın isə ifadəsində Dani Alvesin onu tualetə bağlayaraq oral seksə məcbur etdiyini, istəmədiyi zaman isə Alveşin əvvəlcə onu vurduğunu, sonra isə zor tətbiq etdiyini bildirib.
Mikayıl