Kataloniyanın “Barselona” klubu ilə müqavilə bağlayan Neymar doğma komandası “Santos”un heyətində sonuncu oyununu keçirib.“Santos” Braziliya çempionatının birinci turu çərçivəsində “Flamenqo” ilə qarşılaşıb. Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Məlumata görə, Braziliya himninin oxunması zamanı Neymar göz yaşlarını saxlaya bilməyib.
Xatırladaq ki, 21 yaşlı braziliyalı 2009-cu ildən “Santos”un heyətində oynayır. O, klubda olduğu müddətdə keçirdiyi 207 görüşdə 124 qol vurub.Neymar 2010-cu ildə “Santos”un heyətində “Libertadores” kubokunun sahibi olub.