Məşhur futbolçunun 30 min dollarlıq "Rolex" saatı oğurlandı, qardaşı yaralandı

Məşhur futbolçunun 30 min dollarlıq "Rolex" saatı oğurlandı, qardaşı yaralandı
İDMAN
17:34 20.06.2022
234
İspaniya millisinin və Almaniyanın "RB Leipzig" klubunun futbolçusu Dani Olmo Valensiyada istirahət zamanı qarət edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə iyunun 17-də baş verib.

Cinayətkarlar bərbərin çıxışında 24 yaşlı Olimpiya Oyunlarının vitse-çempionunu gözləyib, küçədə ona hücum edərək 30 min avro dəyərində dəbdəbəli "Rolex" saatını əlindən alıblar.

Futbolçunun qardaşı Karlos da quldurluğun qarşısını almağa çalışıb, lakin oğrular onu da yaralayıb.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR