Bir müddət "Qalatasaray”da da çıxış edən hollandiyalı ulduz futbolçu Uesli Sneyderin anası Silviya Sneyder dünyasını dəyişib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Uesli Sneyderin anası Silvia Sneyder ötən gün vəfat edib.
2022-ci ildə Silviyanın ağciyər xərçənginə tutulduğu məlum olub. Həmin il xəstəlikdən sağ çıxdığı bildirilən Silviyanın xərçəngə sonradan yenidən yaxalandığı üzə çıxıb.
Uesli kədərli xəbəri sosial media hesabında paylaşaraq açıqlayıb.
Anasının ölümünü fotosu ilə açıqlayan Uesli Sneyder paylaşımda qeyd edib:
"Səni sonsuza qədər sevəcəm ana. Necə mübarizə apardın... Səninlə fəxr edirəm. Rahat yat sevgili Syl".
Həmin paylaşımı təqdim edirik:
Mikayıl