Məşhur futbolçuya təcavüz edildi - Ağlayaraq etiraf etdi

İDMAN
14:28 13.07.2023
311
"Beşiktaş"da keçirdiyi uğursuz mövsümün ardından "Everton"a qayıdan Dele Alli İngiltərədə verdiyi açıqlamalarla gündəm olub. 

AZXEBER.COM xəbər verir ki, "The Overlap" yutub kanalına müsahibə verən 27 yaşlı yarımmüdafiəçi narkotik vasitə və alkoqol düşkünlüyündən danışıb. O, cinsi təcavüzə məruz qaldığını, 7 yaşında siqaret çəkməyə başladığını vənizam-intizam qaydalarına öyrənmək üçün Afrikaya göndərildiyini açıqlayıb. Alli 12 yaşında övladlığa götürülüb.

"Narkotik vasitələr, alkoqol çox qəbul etmişəm. Günlük həyatımda da qəbul edirdim. Gerçəklərdən qaçmaq üçün bu addımı atırdım. 6 yaşımda ikən anamın dostu tərəfindən təcavüzə uğradım.Anam alkoqol düşkünü idi. 7 yaşımdan siqaret çəkməyə başladım. Afrikada narkotik vasitələr sataraq yaşamağa çalışırdım". 

Bu sözlərdən sonra həm Dele Alli, həm də aparıcı Qeri Nevil göz yaşlarını saxlaya bilməyib. (Offsideplus.az )
 

 


OXŞAR XƏBƏRLƏR