Məşhur hakim “Qarabağ”ın oyununa təyinat aldı

Məşhur hakim “Qarabağ”ın oyununa təyinat aldı
İDMAN
14:03 23.11.2025
142

UEFA Çempionlar Liqasının 5-ci turunda keçiriəcək "Napoli” - "Qarabağ” matçının hakimləri müəyyənləşib.

AZXEBER.COM UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı məşhur polşalı hakim Şimon Marçinyak idarə edəcək.

Ona Tomaş Listkieviç və Adam Kupsik kömək edəcək. 4-cü hakim isə niderlandlı Pol van Boekel olacaq. Daha bir məşhur hakim İvan Bebek isə VAR hakimi funksiyasını yerinə yetirəcək.

OXŞAR XƏBƏRLƏR