Əfsanəvi Hollivud aktyoru Cin Hekman həyat yoldaşı Betsi Arakava ilə evində ölü tapılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1991-ci ildən evli olan cütlük itləri ilə birlikdə evlərində ölü tapılıb.
Santa Fe dairəsinin polis rəsiri Adan Mendoza ölüm səbəbi və ya cütlüyün nə vaxt öldüyü barədə məlumat verməyib.
Yanvarın sonunda Hackmanın 95 yaşı tamam olub. O, 2004-cü ildə "Musporta xoş gəlmisiniz" siyasi satirasındakı "Monro Qartal Koul" obrazını canlandıran aktyor kimi tanınıb.
Aktyor ilk dəfə 1967-ci ildə Bonnie və Clyde filmində rol aldığı zaman diqqət mərkəzinə düşüb və daha sonra Supermen, Fransız əlaqəsi və Get Shorty kimi bir neçə hit film və televiziya şousunda çəkilib.
Lakin o, 2004-cü ildə aktyorluğu buraxdığını açıqlayıb. Los-Ancelesdən Nyu-Meksikoya gedib və heç vaxt geriyə dönməyib.
Oksana