İdman yazıçısı və televiziya proqramçısı Hayri Hicler 73 yaşında dünyasını dəyişib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Hayri Hiclerin ölümünü Türkiyə Jurnalistlər Cəmiyyəti açıqlayıb.
Verilən açıqlamada bildirilib:
"Uzun illər jurnalistika peşəsinə uğurla xidmət etmiş üzvümüz Hayri Hicleri itirməkdən kədərlənirik. Həmkarımızın ailəsinə və mətbuat ictimaiyyətinə başsağlığı veririk".
Hiclerin cənazəsi dünən Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılıb.
Hayri Hicler kim olub?
1952-ci ildə İstanbulda anadan olub. Kabataş liseyini bitirib. Karyerasına 1970-ci ildə "Spor 21" jurnalında başlayıb. "Bulvar", "Tercüman", "Gündem", "Star" qəzetlərində və "Star" Televiziyasında çalışıb.
"İnterStar TV"-nin idman bölməsinə rəhbərlik edib. Türkiyə Jurnalistika Müvəffəqiyyəti Mükafatları yarışmasında bir çox mükafat alıb. Evli idi və üç övladı var idi.